Səttar Xanın ölümündən 112 il keçir

Videonun alt yazısı, Səttar Xanın ölümündən 112 il keçir
Səttar Xanın ölümündən 112 il keçir
Çap edildi

Səttar Xan 112 il öncə bu günlərdə köhnə yaraları üzündən həyatını itirdi.

O, dörd il ondan əvvəl Tehrandakı Atabəy bağında onu və adamlarını silahsızlaşdırmaq istəyən qüvvələrlə qarşıdurmada ayağından yaralanmışdı.

Səttar Xan çox qısa bir müddət siyasət səhnəsində yer aldı. Ancaq o, yüz ildən çoxdur, Azərbaycanda və İranda ən qalıcı tarixi kimlik simvollarından birinə çevrilib.

1908-in yayında Məhəmməd Əli Şah Tehranda Milli Məclisi topa tutduqdan sonra Məşrutə İnqilabı tamamən yox olmaq üzrə idi. O tarixi anda İranın taleyi Azərbaycana və Təbrizə bağlandı. Təbrizdə isə Səttar Xan dirənişin ana dirəyi oldu.

Səttar Xan və Bağır Xan bir il boyunca şah ordusuna qarşı dirənişə öndərlik etdilər. Təbriz ağır mühasirəyə və aclığa qarşı dayandı. Təbrizin dirənişi geniş bir hərəkatın başlanğıcı oldu, şahın taxtdan endirilməsinə gedən yolu açdı. Səttar Xan və Bağır Xana göstərdikləri öndərlik üçün Milli Sərdar və Milli Salar ünvanları verildi.

Səttar Xan 1910-da Tehranda qəhrəman kimi qarşılandı. Ancaq Atabəy bağı hadisəsi və aldığı yara onu dörd il evində oturmağa məhkum etdi və ölümünə nədən oldu.