13 ildən sonra GTA 6 video oyunu artıq istifadədə

Videonun alt yazısı, 13 ildən sonra GTA 6 video oyunu artıq istifadədə
13 ildən sonra GTA 6 video oyunu artıq istifadədə
Çap edildi

Grand Theft Auto 6 və ya Azərbaycanda sadəcə GTA6 kimi tanınan video oyununun təqdimatına başlanılıb və oyunçuların 13 illik həsrətinə son qoyulub.

Oyunun yaradıcı Rockstar Games bildirib ki, oyun noyabrın 19-da dünyanın müxtəlif ölkələrində yerli vaxtla gecə yarısından etibarən istifadəyə verilir.

Yeni Zelandiyadakı oyunçular oyunu oynayan ilk oyunçular olub.

Azərbaycanlı oyunçular by oyunu noyabrın 19-na keçən gecə oynaya biləcəklər.

GTA 6 video oyunun tarixdə ən bahalı oyun ola biləcəyi deyilir.

Məlumatlara görə, oyunun hazırlanmasına bir milyard dollardan çox vəsait xərclənib.

Yeni oyunda seriya tarixində ilk dəfə əsas qadın qəhrəman yer alır. Oyunçular Lucia və ya onun tərəfdaşı Jason obrazları ilə kriminal dünyadan bəhs edən hekayənin iştirakçısına çevrilirlər.

Hadisələr Florida ştatından ilhamlanaraq yaradılmış uydurma Leonida ştatında cərəyan edir. Azarkeşlərin yaxşı tanıdığı Vice City şəhəri də oyuna geri qayıdıb.

2013-cü ildə buraxılan GTA 5 təxminən 230 milyon nüsxə satılıb.

GTA 6-nın treylerləri isə təxminən 447 milyon baxış toplayıb.

Videooyun sənayesinin ən böyük hadisələrindən biri sayılan GTA 6-nın satış rekordları qıracağı gözlənilir.

Britaiyada İnsan resursları ilə bağlı bir şirkət aşkar edib ki, ölkə üzrə 70 min müəssisədə çalışan 1.2 milyon işçinin təxminən 4,6 faizi GTA 6 oynamaq üçün məzuniyyət götürüb.