Milyonlarla qırmızı yengəcin illik köçü başlayıb
Milyonlarla qırmızı yengəcin illik köçü başlayıb
Çap edildi
Milyonlarla qırmızı yengəc okeana doğru köç edir.
Avstraliyayanın Milad adasında milyonlarla qırmızı yengəcin illik köçü başlayıb.
Yağış mövsümünün ilk yağıntılarından sonra yuvalarını tərk edən yengəclər çoxalmaq üçün okeana üz tuturlar. Onlar meşələrdən keçərək yolları və çimərlikləri aşırlar.
Yengəclərin təhlükəsiz hərəkətini təmin etmək üçün yerli hakimiyyət bəzi yolları bağlayır, yeraltı keçidləri təmizləyir və xüsusi körpülər quraşdırır.
Avstraliyanın Milli Parklar Xidmətinin məlumatına görə, yengəclərin köç vaxtı Ayın fazalarından asılıdır. Onlar Ayın son rübündə, səhərə yaxın çəkilən qabarma suları zamanı yumurtalarını okeana buraxmağa çalışırlar.



