Türkiyə Prezidenti Erdoğan Azərbaycana gəlib

Videonun alt yazısı, Türkiyə Prezidenti Erdoğan Azərbaycana gəlib
Türkiyə Prezidenti Erdoğan Azərbaycana gəlib
Çap edildi

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Şuşada rəsmi mərasimlə qarşılanıb.

O, noyabrın 8-də xanımı Emine Erdoğanla birgə Azərbaycana gəlib.

Onları Füzulu aerportunda Azərbaycan Przidenti İlham Əliyev və ailə üzvləri qarşılayıb.

Cənab Erdoğanı Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər yüksək vəzifəli şəxslər müşayiət edir, Anadoli xəbər agentliyi yazıb.

Prezidentlər Füzilədən Şuşaya gediblər.

Yayılan bir fotoda cənab Erdoğanın oturduğu maşını İlham Əliyevin idarə etdiyi görünür.

Şuşada rəsmi qarşılanma mərasimindən sonra Erdoğan və Əliyev arasında ikitərəfli görüş başlayıb, Azərtac xəbər verir.

Cənab Erdoğanın səfəri Ankara və Bakı arasında son həftələr müşahidə olunan fikir ayrılıqları fonunda baş tutur.