Əli Kərimliyə Maqnitski mükafatı verilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 2026-cı il Maqnitski İnsan Hüquqları Mükafatına layiq görülüb.
O, "Görkəmli siyasi müxalifət nümayəndəsi" nominasiyasının qalibi elan edilib. Başqa nominasiya üzər qaliblər də var.
Mükafatın saytında Əli Kərimli Azərbaycanda demokratiya, vətəndaş azadlıqları və siyasi islahatların tərəfdarı kimi təqdim olunur.
Əli Kərimli 2025-ci il noyabrın 29-da həbs edilib.
O, Cinayət Məcəlləsindəki hakimiyyəti zorla ələ keçirməyə cəhd maddəsi üzrə ittiham olunur.
Əli Kərimli, onun partiyası və beynəlxalq müşahidəçilər bu ittihamların siyasi motivli olduğunu bildirirlər.
Maqnitski İnsan Hüquqları Mükafatı 2015-ci ildə təsis edilib.
Mükafat korrupsiya faktlarını ifşa etdikdən sonra həbsdə ölən rusiyalı hüquqşünas Sergei Magnitsky-nin adını daşıyır.
Hər il insan hüquqları, demokratiya və qanunun aliliyi uğrunda fəaliyyət göstərən siyasətçilər, jurnalistlər, hüquq müdafiəçiləri və fəallar bu mükafata layiq görülürlər.
Mükafatlar hər il Londonda təqdim olunur.
Azərbaycandan daha əvvəl araşdırmaçı jurnalist Xədicə İsmayıl 2017-ci ildə, hüquq müdafiəçisi Jalə Bayramova isə 2024-cü ildə bu mükafatı alan şəxslər olublar.
Mükafatın əvvəlki laureatları arasında Boris Nemtsov, Alexei Navalny, Vladimir Kara-Murza, Yulia Navalnaya, John McCain və Camal Qaşqıqçı kimi tanınmış simalar da var.



