Rialın dəyəri düşür: ərzaq məhsulları “bir əl arabası pulla alınır”
Rialın dəyəri düşür: ərzaq məhsulları “bir əl arabası pulla alınır”
Çap edildi
İranda sosial şəbəkələrdə yayılan videoların birində bir kişi bazara bir əl arabası dolu pulla gedib cəmi 3 qutu ərzaq aldığını deyir, başqa biri isə yol qırağına atılmış torba dolusu pulu göstərib rialın dəyərdən düşməsinə etiraz edir.
Bəs milli valyuta niyə dəyər itirməkdə davam edir?
Yüksək inflyasiya, dövlət büdcəsinin kəsiri, iqtisadi problemlər və xarici valyuta ehtiyatlarına çıxışın məhdudlaşması rialın dəyərinə təzyiq göstərən əsas amil kimi göstərilir.
Mərkəzi Bank bu dalğalanmaların qarşısını almaq üçün bazara iki milyard dollara qədər valyuta çıxarmaq planını açıqlayıb.



