Abzas Media jurnalistlərinin həbsindən üç il keçir
Amnesty International-dan Azərbaycan hökumətinə mesaj var.
Mesajda Azərbaycan hakimiyyətini həbs edilmiş bütün jurnalistləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.
Deyilir ki, onlar ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə həbs olunublar, Amnesty International bildirib.
Bu bəyanat Abzas Media jurnalistlərinin ilk həbslərindən üç il keçməsi ərəfəsində verilib.
Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters bildirib ki, Azərbaycanda müstəqil jurnalistikaya qarşı sonradan genişmiqyaslı repressiyaya çevrilən kampaniyanın ilk hədəfi Abzas Media jurnalistləri olublar.
Mari Struters deyib ki, repressiyalar yalnız həbslərlə məhdudlaşmır.
O bildirib ki, həbsdəki jurnalistlər təkadamlıq kamerada saxlama, tibbi yardımdan məhrum etmə, döyülmə və digər pis rəftar halları barədə məlumat verirlər.
Azərbaycan hakimiyyəti həbsdə işgəncə iddiaları ilə bağlı ittihamlar əsassız sayır.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Abzas Media işi üzrə hökm çıxarıb.
Hökmə əsasən, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Elnarə Qasımova və Nərgiz Absalamova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay həbs cəzası alıb.
Jurnalistlər 2023-cü ildən etibarən müxtəlif vaxtlarda saxlanılıblar.
Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Daha sonra ittihamlar ağırlaşdırılıb.
Jurnalistlər ittihamları qəbul etmirlər.
Onlar həbslərinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir və işi siyasi sifariş adlandırırlar.
Azərbaycan hakimiyyəti jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunmadığını, onların konkret cinayət əməllərinə görə həbs olunduqlarını bildirir.



