Özəl və dövlət şirkətləri arasında fərq nədir?

Videonun alt yazısı, Özəl və dövlət şirkətləri arasında fərq nədir?
Özəl və dövlət şirkətləri arasında fərq nədir?
Çap edildi

Özəl şirkətlə dövlət şirkətinin fərqi nədir? Özəl şirkətlər şəxslərə və ya özəl qurumlara məxsusdur.

Dövlət isə strateji əhəmiyyət daşıyan və ya ictimai xidmət üçün vacib hesab olunan və ya özəl sektorun investisiya qoymağa gücü çatmadığı sahələrdə şirkətlər yarada bilər.

Məsələn, enerji, neft-qaz, mədənçilik və müdafiə sənayesində dövlət şirkətlərinə rast gəlmək olar.

Bəzən dövlət öz şirkətini tam və ya qismən özəl sektora satır. Buna özəlləşdirmə deyilir.

Məqsəd şirkətin daha səmərəli işləməsi, yeni investisiya cəlb edilməsi və rəqabətin artması ola bilər.

Amma özəlləşdirmə həmişə gözlənilən nəticəni vermir. Rəqabətin keyfiyyəti artıracağı gözlənilsə də, bəzən həddindən artıq mənfəət əldə etmək istəyi xidmət keyfiyyətini aşağı sala bilir.

Xidmətin keyfiyyəti və əmək şəraiti ilə bağlı problemlər yarana bilər. Bəs hansı daha yaxşıdır: dövlət, yoxsa özəl şirkət?

Bunun vahid cavabı yoxdur. Nəticə şirkətin necə idarə olunmasından, rəqabətdən və dövlət nəzarətindən də asılıdır.