Ombudsmana 12 min manat maaş təyini müzakirə olunur
Azərbaycanda Ombudsmanın maaşı 12 min manata qaldırılır.
Milli Məclis İnsan Hüquqları üzrə Müvəkkilin maaşının 3060 manatdan 12 min manata artırılmasını təsdiqləyib. Qərarı bu ilin fevralında Milli Məclisə Prezident göndərib.
Ombudsmanın maaşının artırılması xəbərləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bir istifadəçi yazır ki, "Millət 400 manat maaşla 10-12 saat işləyib həyatda qalmağa çalışır, bunlar 12-13 min manatlıq nə iş görürlər?"
Eliyeva Gözəl yazır ki, "Süpürgəçilər işdən çıxarılır ki, büdcədə pul yoxdur".
İnci adlı biri yazır ki, "6 ildir veteran pulunu 80 manat artıra bilməyən deputatlar bunların pulunu bir gecəyə artırır".
Rauf Şirinoğlu yazır ki, "150 dəfə Qarabağ qazisinin aldığından çoxdur".
Ombudsman Aparatı səslənən ittihamlarla bağlı video dərc olunana qədər BBC Azərbaycancanın suallarını cavablandırmayıb.
İndiyə kimi ombudsman maaşla birgə əlavələr, mükafatlar və digər ödənişlər alıb, ancaq yeni qanunda bunlar ləğv edilir və ona sabit 12 min manat maaş təyin olunur.
Qərara görə, ona təyin olunan maaş 2026-cı il yanvarın 1-dən tətbiq olunacaq.
Azərbaycanda minimum əməkhaqqı 400 manatdır.



