Azərbaycan üç tanınmış rusiyalını axtarışa verib

Azərbaycan üç tanınmış rusiyalını axtarışa verib
Çap edildi

Azərbaycan Baş Prokurorluğu üç Rusiya vətəndaşı barədə cinayət işi açıb və onları beynəlxalq axtarışa verib.

Söhbət "Moskva 24" telekanalının aparıcısı İvan Knyazevdən, siyasi şərhçi Semyon Uralovdan və Rusiya Nəqliyyat Nazirinin müşaviri Aleksey Çadayevdən gedir.

Onlar terrorçuluğa çağırışlarda, dövlət əleyhinə çıxışlarda və milli nifrəti qızışdırmaqda ittiham olunurlar.

Prokurorluq bildirir ki, iş Semyon Uralovun YouTube kanalında yayımlanan verilişlərdə səslənən fikirlərlə bağlıdır.