Şəkillər: Putin Avstriya XİN başçısının toyunda rəqs edib

Путин и Карин Кнайссль
Şəklin alt yazısı, Vladimir Putin toyda gəlinlə rəqs edib.
Çap edildi

53 yaşlı Avstriya XİN başçısı Karin Kneissl-in 65 yaşlı biznesmen Wolfgang Meilinger ilə toyu özünə diqqəti Rusiya prezidenti Vladimir Putinin bu tədbirdə iştirakı ilə çəkib.

Avstriya mətbuatının məlumatına görə, Putin toya gecikdiyindən mərasimin başlaması bir neçə dəqiqəliyə yubadılıb.

Karin Kneissl Avstriya XİN-ə qışdan bəri rəhbərlik edir.

O, Avropa ilə Rusiya arasında dialoq aparılmasının tərəfdarı kimi tanınıb.

Putin toyda bəy və gəlini təbrik edərək, gəlinlə rəqs də edib.

Свадьба австрийского министра Карин Кнайсль
Şəklin alt yazısı, Kəbin kəsilmə mərasimində Vladimir Putin bəy və gəlinin yanında yer tutub.
Владимир Путин
Şəklin alt yazısı, Toy məclisində Vladimir Putin alman dilində bəy və gəlinin sağlığına tost deyib.
Государственный хор Донских казаков
Şəklin alt yazısı, Putin özü ilə toya Rusiyanın Dövlət Kuban Kazak Xorunu da gətirib.
Путин на свадьбе в Австрии
Şəklin alt yazısı, Siyasi arenada Karin Kneissl son illərdə Rusiya hökümətiinə dəstəyini bildirməklə yanaşı Qərbin Rusiya ilə dialoquna da çağırışlar edib.
Кнайсль и ее муж
Şəklin alt yazısı, Karin Kneissl Vyanadan cənubda yerləşən kiçik bir fermada yaşayır, bir neçə dil bilir və Yaxın Şərq üzrə mütəxəssis sayılır.
Молодожены с генсеком ОПЕК
Şəklin alt yazısı, Toya OPEC Baş Katibi Mohammed Barkindo da dəvət olunmuşdu.
Кнайсль и курц
Şəklin alt yazısı, Karin Kneissl və Avstriya kansleri Sebastian Kurz
Полиция
Şəklin alt yazısı, Avstriya mediasının məlumatına görə, toy mərasiminin təhlükəsizliyini 300 polis əməkdaşı və 50 xüsusi təyinatlı qüvvələrin əsgəri təmin edib.
перекрытая дорога
Şəklin alt yazısı, Toy mərasimi keçirilən əraziyə aparan bütün ətraf yollar məclis başa çatanadək bağlı qalıb.
Молодожены с членом правой австрийской "Партии свободы" Петером Фихтенбауэром
Şəklin alt yazısı, Bəy və gəlin Avstriyanın sağçı Azadlıq Partiyasının üzvü Peter Fichtenbauer ilə də şəkil çəkdiriblər.