Gürcüstandakı azərbaycanlılar Novruzu belə qeyd edir – şəkillərdə

Çap edildi

Gürcüstan paytaxtı Tbilisidən 30 km məsafədə yerləşən Sartçala Muğanlı kəndinin etnik azərbaycanlı sakinləri baharın gəlişini qeyd ediblər. Tbilisidə məskunlaşmış britaniyalı jurnalist Onnik James Krikorianın fotoreportajı.

Sakinlər bayram günündə məscidə və pula ehtiyacı olan şəxslərin tibbi xərclərini ödəmək üçün də pul toplayırlar.

Müxtəlif kostyumlar geyinmiş və maskalı şəxslər izdihamın içindən adamları çəkərək pul ödəyənə qədər “döyürlər”.

Bayram şənliyində əhval xoş olsa da, xaotikdir.

Sakinlərin dediyinə görə bu ənənə nəsildən-nəsilə davam edir.

Novruz bayramı bütün mart ayı boyunca davam etsə də, bayram şənlikləri martın 22-də həyata keçirilir.

Şənliklərin martın 22-də keçirilməsinin səbəblərindən biri də həmin gün “heç vaxt yağışın yağmamasıdır”.

<bold>Həmçinin izləyin</bold>: <link type="page"><caption> Bakıda Novruz bayramı qeyd olunur</caption><url href="http://sauida.shop/azeri/azerbaijan/2016/03/160320_baku_novruz_gallery%22 platform="highweb"/></link>