Formula 1: Bakı yarışının finalı - şəkillərdə

Çap edildi

Prezidentin ailəsi, Bernie Ecclestone, Enrique Iglesias və digərləri Formula 1 Avropa qran-prisinin finalını izləyib.

İlham Əliyev, Mehriban Əliyeva, Bernie Ecclestone
Şəklin alt yazısı, "Belə bir yarışmanı keçirmək bizim üçün böyük şərəfdir. Cənab Ecclestone-a bizi seçdiyi üçün minnətdaram", İlham Əliyev deyib.
Grid girl, Ricciardo
Şəklin alt yazısı, Formula 1 yarışlarında hər pilotun köməkçisi olur. Onlar "Grid girls" kimi tanınırlar. Bu, Daniel Ricciardo-nun köməkçisidir.
Leyla Aliyeva, İlham Aliyev
Şəklin alt yazısı, Bu fotonu sosial şəbəkələrimizin səhifələrində paylaşanda çoxu sual edib: "Kaburada niyə Azərbaycan bayrağı deyil?" Bir istifadəçi isə kaburada yazılan sözlərə diqqət yetirib: "Keep calm, I'm president's daughter, yazılıb yəqin kaburada" (Rahat ol, mən prezidentin qızıyam").
Ilham Aliyev, Mehriban Aliyeva
Şəklin alt yazısı, Prezident Əliyev və xanımı Mehriban Əliyeva
Enrique Iglesias
Şəklin alt yazısı, Formula 1 üçün konsert verən müğənnilərdən biri, Enrique Iglesias yarışı maraqla izləyib.
Enrique Iglesias, Mehriban Aliyeva, Ilham Aliyev
Şəklin alt yazısı, O, yarışdan əvvəl həm birinci ledi Mehriban Əliyeva, həm də Prezident İlham Əliyevlə görüşüb.
İlham Əliyev, Mehriban Əliyeva
Şəklin alt yazısı, Yarışın nəticələri bəlli olandan sonra Prezident və Birinci Xanım qalibləri mükafatlarla təltif edib
Sergio Perez (Force India)
Şəklin alt yazısı, 3-cü yer: Sergio Perez (Force India)
Sebastian Vettel (Ferrari)
Şəklin alt yazısı, 2-ci yer: Sebastian Vettel (Ferrari)
Nico Rosberg (Mercedes)
Şəklin alt yazısı, 1-ci yer: Nico Rosberg (Mercedes)
Nico Rosberg
Şəklin alt yazısı, Qələbəsindən sonra BBC Azərbaycancanın "Növbəti ildə Formula 1-lə bağlı nəyin dəyişilməsini istərdiniz" sualına Nico Rosberg belə cavab verib: "İkinci tualet olsaydı yaxşı olardı. Mən bu həftə sonu tualet növbəsində o qədər uzun dayanmışam ki. Bundan əlavə hər şey çox yaxşı idi və onlar (Azərbaycan) təşkilatçılığı yaxşı etdi".
Baku Grand Prix
Şəklin alt yazısı, Bakının göydələnlərindən, trekin ətrafında yerləşən binalarından bəzi sakinlər yarışı eyvanlardan izləyib