Şəkillərdə: Birinci vitse-prezident, azarkeş, hacı...

Birinci xanım
Çap edildi

Fevralın 21-də Azərbaycanıın Birinci xanımı Mehriban Əliyeva prezident İlham Əliyev tərəfindən ölkənin Birinci vitse-prezidenti təyin edilib.

Bu, Mehriban Əliyevanın hökumətdə ilk vəzifəsidir, lakin bundan əvvəl də onun siyasi addımları həmişə ərinin karyerasına bağlı olub.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Onların iki qızı və bir oğlu var.

BBC Azərbaycanca Birinci vitse-prezidentin ictimai və siyasi həyatına nəzər salır.

İlham Əliyev

Fevralın 21-də keçirilən Təhlükəsizlik Şurasının iclasında prezident İlham Əliyev Mehriban Əliyevanı Nazirlər Kabinetinə təqdim edərək deyib: "Bu təyinat münasibətilə mən onu təbrik edirəm və ona yeni uğurlar arzulayıram".

Birinci xanım

Mehriban Əliyeva UNESCO Xoşməramlı Səfirlərinin illik toplantısında, İordaniya şahzadəsi Firyal (sağda) və Şeyx Ğassan I Şaker-lə birgə. Paris, 2007-ci il.

Birinci xanım

Xanım Əliyeva Ümrə ziyarətində, 2015-ci il, 7 aprel. Ümrə ziyarətində Azərbaycan prezidentini xanımı ilə yanaşı, qızları Leyla və Arzu Əliyevalar da müşayiət ediblər.

Birinci xanım

Mehriban Əliyeva qızları Leyla və Arzu ilə birgə "Fly Baku" müasir incəsənət sərgisində. London, 17 yanvar 2012-ci il. Sərgi De Pury Gallery-də Leyla Əliyeva və Simon De Pury tərəfindən təşkil edilib.

Birinci xanım

Mehriban Əliyeva, prezident Əliyevlə birgə Qusar rayonunda yerləşən "Şahdağ" kompleksində "Park Chalet" oteli və 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak edib. 2015-ci il yanvar ayı.

Birinci xanım

Mehriban Əliyeva, prezident İlham Əliyevin 2013-cü ildə Ankaraya səfəri zamanı Türkiyənin keçmiş prezidenti Abdullah Gülün xanımı Hayrunnisa Güllə birgə.

Birinci xanım

Roma Papası Francis 2015-ci ilin 6 mart tarixində Vatikan səfəri zamanı prezident İlham Əliyev və Mehriban Əliyeva ilə görüşüb.

Birinci xanım

Birinci xanım 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunları zamanı gənclər və idman naziri Azad Rəhimovla birgə voleybol yarışlarını izləyir.

Birinci xanım

Formula 1-in keçmiş rəhbəri Bernie Ecclestone Bakıda keçirilən Avropa Qran Prisində, yarışlar başlamazdan öncə İlham Əliyev və Mehriban Əliyeva ilə birgə müzakirə edir. 19 iyun 2016-cı il.