You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Pezeşkian: "Fələstinli liderlərin qərarlarını dəstəkləyəcəyik”
Pezeşkian: "Fələstinli liderlərin qərarlarını dəstəkləyəcəyik”
Çap edildi
Fələstin məsələsi Tehranın xarici siyasətində hələ də mərkəzi yerini qoruyur. İran prezidenti Məsud Pezeşkian bunu HƏMAS-ın Siyasi Bürosunun yeni başqanı Xəlil əl-Həyyə ilə telefon danışığında vurğulayıb.
Əl-Həyyə Pezeşkiana deyib ki, HƏMAS İsraillə dolayı müzakirələri digər fələstinli qruplarla məsləhətləşərək davam etdirir.
O, bu prosesdə İslam Respublikasının təcrübələrindən də yararlanmaq istədiklərini bildirib.
Məsud Pezeşkian isə deyib ki, İran müzakirə prosesində fələstinli liderlərin qəbul edəcəyi bütün qərar və addımları dəstəkləyəcək.