You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Paşinyan və Əliyev telefonla danışıb
Paşinyan və Əliyev telefonla danışıb
Çap edildi
İlham Əliyev və Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında ticarət və iqtisadi əlaqələri vacib hesab edirlər.
Liderlərin fikrincə, bu əlaqələrin inkişafı sülhün faydalarının konkret təzahürüdür.
Bu barədə eyni məzmunda məlumatı hər iki liderin mətbuat xidməti yayıb.
Avqustun 8-də baş tutan danışıq Paşinyanın təşəbbüsü ilə olub.
Bir il əvvəl həmin gün liderlər ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda sülh sazişinin maddələrini imzalamışdılar.