Azərbaycanlı kapitan həlak olub, bir dənizçi itkin düşdüb

Videonun alt yazısı, Azərbaycanlı kapitan həlak olub, bir dənizçi itkin düşdüb
Azərbaycanlı kapitan həlak olub, bir dənizçi itkin düşdüb
Çap edildi

Qara dənizdə yük gəmisinə edilən dron hücumunda bir Azərbaycan vətəndaşı həlak olub, biri itkindir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, oktyabrın 5-də hücum nəticəsində gəminin kapitanı, 52 yaşlı Rüstəm Həsənov həlak olub. 24 yaşlı Məhəmməd Süleymanzadə isə itkin düşüb.

Hazırda onun axtarışları davam edir, XİN bildirib.

Şahidlər Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı yük gəmisinin dronla vurulduğunu deyiblər.

Nazirlik bildirib ki, gəmidə olan digər Azərbaycan vətəndaşları xilas edilib.

Onlardan üçü xəstəxanada müalicə alır.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı deyib ki, qarğıdalı daşıyan, Türkiyə operatorlu mülki gəmi neytral sularda Rusiyanın dron hücumuna məruz qalıb.

Zelenski bildirib ki, gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub.

Hadisədən sonra Rumıniya rəsmiləri xilasetmə əməliyyatı keçirib.

Gəmidə olan 13 nəfərdən 11-i xilas edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi həlak olan şəxsin cənazəsinin ölkəyə gətirilməsi üçün tədbirlər görüldüyünü bildirib.

Nazirlik Azərbaycan vətəndaşlarını hərbi əməliyyatlar olan bölgələrdə işləməməyə və riskli ərazilərdə üzən gəmilərdə işləməkdən çəkinməyə çağırıb.